image-627cd9607f2ef627cd9607f2f01652349280627cd9607f2ed627cd9607f2eebackend

Pandemiyaya görə Bakıya qaranquş və şanapipik gəlmir

image-reklam_sirab_01

Son iki ildə Bakıya baharın müşdəçisi olan qaranquşlar gəlmir.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Quru Onurğalıları Laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə elmlər doktoru Tahir Kərimov bildirib.

Tahir Kərimov deyib ki, son iki ildə qaranquşların Bakı şəhərinə gəlməsinin əsas səbəbi pandemiya zamanı aparılan dərmanlamalardır. Məsələ ondadır ki, qaranquşlar əsasən ağcaqanadlarla qidalanan quşlardır, son illərdə isə paytaxtda demək olar ki, ağcaqanadlar tamamilə yoxa çıxıb: “Son iki ildə koronavirus pandemiyası ilə bağlı Bakıda mütəmadi olaraq dərmanlama işləri aparılıb. Buna görə də Bakıda demək olar ki, ağcaqanadların kökü kəsilib. Quşların yaşayışı üçün əsas faktorlar yem mənbəyidir, pandemiya dövrünə də dərmanlama işlərinin aparılması bu quşların dar qida arsenalını məhv etdi. Bu quşların qidalandığı ağcaqanadlar yoxdursa, deməli, o yerdə qaranquşlar da yoxdur”.

Bioloq qaranquşların Bakıya gəlməsinin digər səbəbinin isə iqlim dəyişikliyi ilə əlaqədar ola biləcəyini deyib: “Hazırda iqlim dəyişikliyi ilə bağlı bir çox quş növlərinin yaşayış arealı şimala çəkilib. Güclü istiləşməyə səbəbindən Azərbaycanda da bir neçə quş növü itirilmək üzrədir”.

Tahir Kərimov qeyd edib ki, pandemiya ilə bağlı aparılan dərmanlara görə qaranquşlarla yanaşı şanapipiklər də Bakıya gəlmir.

AMEA üzvi onu da əlavə edib ki, Azərbaycanın digər şəhər və rayonlarında da qaranquşlar sayı azalsa da, bu il hansı ərazilərə gəlib-gəlmədikləri ilə bağlı hələ ki, monitorinq aparılmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki