image-7972caec-36b2-40a3-9add-7f91cd37fc74backend

Paris Olimpiadasının Azərbaycan üçün özəlliyi

image-reklam_sirab_01

Prezident İlham Əliyev: “İdmançılarımız YayOlimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsiledib Azərbaycan Bayrağını ucaldıb” 

2024-cü il Paris Yay Olimpiadası Azərbaycanın buvaxta kimi iştirak etdiyi olimpiadalar tarixində bir sıraözəllikləri ilə yadda qalacaq. Əvvəla, bu oyunlar bizimölkəni sevməyən Fransada keçirilirdi. Hətta açılışda dabu ölkə öz düşmənçiliyini göstərdi. İdmandan siyasətolaraq istifadə etdilər. Hərçənd aidiyyəti qurumlara bunöqsanla bağlı etiraz məktubu yazıldı. Bununla bağlıüzr cavabı da idman qurumları verdilər. Amma belə birşəraitdə Azərbaycanın qələbə qazanması artıq vacibidi. Cüdoçumuz Hidayət Heydərov öz əzmkar qələbəsiilə dünya azərbaycanlılarını sevindirdi. Ən önəmliməqam bu idi ki, o, finalda bu qələbəni Fransanı təmsiledən idmançı ilə görüşdə qazandı. Mənəvi baxımdanbu bizim üçün elə Fransa üzərində qazanalmış qələbəkimi idi... İdmançımız qalib elan olunduqdan sonrarəqibinə qarşı ən yüksək səviyyədə etik davranışnümayiş etdirdi. Bununla əsl azərbaycanlı olduğunugöstərdi. Həm bu bir mesaj idi ki, idman üzərindənsiyasət oynamaq heç zaman etik sayılmır. Fransa kimiölkələr öz siyasi çirkinliklərini hər zaman göstərirlər. Təəssüf ki, XXXIII Paris Yay Olimpiya Oyunlarındada Fransa öz ölkəsində bunu nümayiş etdirdi. Azərbaycan idmançıları isə əzmkar inamlıqələbələri ilə Fransa kimi ölkələrə cavab verdilər. Əlbəttə ki, Azərbaycan idmançıları bu yarışda qələbəməqsədi ilə güclərini sınadılar. Əldə olunan hər birqələbə xalqımızın savinci idi. Prezident İlhamƏliyev 14 avqust tarixində XXXIII Paris Yay OlimpiyaOyunlarında medal qazanmış Azərbaycanidmançılarının onların məşqçilərinin qəbulu zamanıçıxışında da bu məqamı xüsusi vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, idmançılarımız YayOlimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib Azərbaycan Bayrağını ucaldıb: Olimpiya Oyunlarıbütün digər idman yarışları arasında xüsusi yer tutanbir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlaraxüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakıuğurlarımız əvvəlki illərdə , son Oyunlarda dagöstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü30 ölkəsinin arasında yer almışıq – 2 qızıl, 2 gümüş 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir. İdmançıları, onların məşqçilərini bu gözəl hadisəmünasibətilə bir daha təbrik etmək istəyirəm”.

Paris Olimpiadasının Azərbaycan üçün əsəsözəlliklərindən biri bu idi ki, ərazi bötüvlüyümüztam bərpa edildikdən sonra ilk dəfə idi ki, belə birmötəbər yarışa qatılırdıq. Olimpiadada cüdo üzrəAzərbaycanın ilk qalib idmançısı olan HidayətHeydərov bu baxımdan da tarixə düşdü. Daha sonracüdoçumuz Zelim Kotsoyevin qızıl medalqazanması Azərbaycan cüdo tarixində bir ilk oldu. Çünki ilk dəfə idi ki, Azərbaycan Olimpiada cüdö üzrəiki medal qazanırdı. Olimpiya cədvəlində cüdo üzrəsıralmada da ikinci yerdə dayandıq. Prezident İlhamƏliyev qızıl medalçılarımızın Olimpiya Oyunlarının ilkgünlərində qələbə sevincini xalqımıza yaşatmasınıxüsusi qeyd edib: “Xüsusilə qızıl medalçılarımızıHidayəti Zelimi ürəkdən təbrik etmək istəyirəm. Onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbəsevincini xalqımıza bəxş etmişlər. Onların həmpeşəkarlığı, həm idmandakı uğurları eyni zamanda, davranış qaydaları, əlbəttə ki, hər birimizi ürəkdənsevindirdi. Onlar uzun illər ərzində öz çəkidərəcələrində liderliyi qoruyublar bu liderliyiOlimpiya Oyunlarında bir daha təsdiq etmişlər. Onlarınməşqçilərini təbrik edirəm, Cüdo Federasiyasınınrəhbərliyini təbrik etmək istəyirəm. Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəlolanda nəticə əlbəttə ki, göz qabağındadır”.

Xatırladaq ki, XXXIII Paris Yay Olimpiya Oyunlarındaümumilikdə Azərbycanın 48 idmançısı yarışlar qatılıb. Ölkəmiz 15 növ üzrə 17 proqramda təmsil olunurdu. 48 idmançıdan yeddisi Fransa paytaxtında mükafatqazanıb. Cüdoçular Hidayət Heydərov (73 kq), ZelimKotsoyev (100 kq) qızıl, boksçu Alfonso Dominqes (92 kq), taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kq) bürüncmükafat əldə edib. Ən sonda sərbəst güləşçimizMaqomedxan Maqomedov ( 97 kq) da bürünc medalqazanıb. İstərdik ki, bütün idmançılarımız Vətənəmedalla dönsünlər. Lakin idmanda udan da olur, uduzan da olur. Məğlubiyyəti qəbul etmək lazımdır. Cənab Prezident görüşdə qeyd edib ki, daha çox medalqazana bilərdik, bəli, qazana bilərdik: “Amma buidmandır, idmanda qələbə olur, məğlubiyyət olur. Əsas odur bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Onu da bildirməliyəm ki, bizim idmançılarımız beşidman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Yəni, bu da onu göstərir ki, Azərbaycanda idmanın birçox növləri inkişaf edir”.

Paris Yay Olimpiya Oyunlarından medalsız qayıdanidmançılarımız məğlubiyyətlərindən nəticəçıxarmalıdır. Yeni yarışılara daha da mübariz formadaqatılmaq üçün hazırlıq işləri görülməlidir. Məşqçiləridmançılarının buraxdıqları səhvləri təkrar etməmələriüçün onlarla ciddi məşğul olmalıdır. Çünki qarşıdaonları yeni-yeni yarışırlar gözləyir. Beynəlxalq yarışlardaha çox məsluliyyət tələb edir. İdmançılarımızınqələbə xəbəri xalqımızın hər bir üzvünə sevinc bəxşedir. Beynəlxalq yarışlarda dövlət bayrağımızı ucaldan hər bir idmançımız bizim fəxrimizdir.  

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki