image-3backend

Paşinyan sərsəmlədi: “Azərbaycan müharibə istəyir”

image-reklam_sirab_01

“Sərhəddəki gərginlikdə Azərbaycan maraqlıdır”. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan  bu gün keçirdiyi iclasda deyib.

O iddia edib ki, vəziyyətin gərginləşməsinə görə, guya, Azərbaycan “günahkar”dır. “Səbəb odur ki, Azərbaycan artıq bir neçə gündür ki, Qarabağ və Ermənistan-Azərbaycan sərhədi ilə təmas xətti boyunca qoşun yığır. Azərbaycan mətbuatında və təbliğat platformalarında antierməni nifrət ritorikası güclənib. Ermənistanın suveren ərazisinə təcavüz siyasəti davam edir. Sentyabrın 1-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazisinə qarşı Zod sektorunda növbəti təxribat törədib. Nəticədə Müdafiə Nazirliyinin 3 hərbçisi ölüb. Bu təxribatdan əvvəl və ardınca Azərbaycan tərəfindən Ermənistan Silahlı Qüvvələri tərəfindən Ermənistan-Azərbaycan sərhədində atəşkəs rejiminin pozulması ilə bağlı yalan məlumatlar yayılıb”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki