image-bez-nazvaniya-2backend

“Paşinyan sülh sazişindən buna görə  qaçır” -Arzuman Muradlı

image-reklam_sirab_01
“Ermənistanın baş naziri Nikol Paşinyan martın 14-də İrəvanda keçirdiyi mətbuat konfransında deyib ki, sülh sazişiylə bağlı Bakıya göndərdikləri təkliflərə cavab alıblar. Paşinyan Bakının cavabında sülh sazişinin imzalanması üçün irəliləyiş olduğunu desə də əlavəsini unutmayıb: “Daha çox irəlilədikcə fundamental problemlərin sayı artır”.” –Vətəninfo.az-a bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq əlavə edib ki, Nikol Paşinyan sülh sazişinin imzalanmasından çəkinir ki, bunun da səbələri var.
“Nikol Paşinyan sülh sazişinin imzalanmasından qaçmasının əsas səbəbi erməni cəmiyyətinin qəzəbinə tuş gəlməsindən qormasıdır. Sözsüz Paşinyan Azərbaycanla problemin qalmasının tərəfdarı deyil. Ancaq təkcə sözdə yox, əməldə də o sülh sazişinə razı olmalıdır. Ancaq görünən odur ki, Paşinyan bu sazişi fundamental problemlər var deyib yubatmaqla divident qazanmaq istəyir. Ancaq bu uzun sürməyəcək və Nikol geri çəkilməyə və sülh sazişini imzalamağa məcbur olacaq. Çünki Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı siyasət qarşısında Nikol Paşinyan geri çəkilməyə məcburdur” -deyə Arzuman Muradlı bildirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki