image-de0715ba-5d0a-491b-b037-0a4d7d3b0070backend

Pentaqonla Kiyev arasında fikir ayrılığı yaranıb – “Ukrayna Baş Qərargahı öhdəliyi yerinə yetirməyib…”

image-reklam_sirab_01

Son 24 saat ərzində Ukrayna qüvvələri Baxmut şəhərində və onun ətrafında Rusiyanın hücumlarının qarşısını alıb.

Hər iki tərəfdən komandirlər şərqi Donetsk vilayətindəki şəhərdə vəziyyətin çətin olduğunu bildirir.

Ukrayna silahlı qüvvələrinin Baş Qərargahı martın 13-də bildirib ki, son bir gündə Müdafiə Qüvvələrimizin bölmələri düşmənin 102 hücumunu dəf ediblər. Nəticədə düşmən Baxmut şəhərini ələ keçirmək cəhdlərinə ara verib.

Ukrayna quru qüvvələrinin komandiri, general Oleksandr Sırski isə “Teleqram”da yazb ki, Baxmut ətrafında vəziyyət çətin olaraq qalır. Onu sözlərinə görə, Baxmutdakı Ukrayna qüvvələri Rusiyanın “Vaqner” özəl muzdlu şirkətinin davamlı hücumlarına məruz qalırlar, onlar şəhər mərkəzinə çatmaq üçün dəfələrlə hücum ediblər.

“Vaqner”in başçısı Yevgeni Priqojin isə martın 12-də Rusiyanın TASS dövlət xəbər agentliyinə deyib ki, qüvvələri ağır döyüşlə üzləşiblər, Ukrayna ordusu şəhərə bitib-tükənməyən rezerv qüvvələr göndərir.

“Baxmutda vəziyyət çətindir, çox çətindir, düşmən hər bir metr uğrunda vuruşur. Biz şəhər mərkəzinə yaxınlaşdıqca döyüş daha da ağırlaşır, bizə qarşı daha çox artilleriya və tankdan istifadə edirlər. Ukraynalıların tükənməz ehtiyatlarla təchiz edirlər. Amma irəliləyirik, irəliləməyə davam edəcəyik, Rusiya ordusunun şöhrətinə utanc gətirməyəcəyik”, – Priqojin vurğulayıb.

Tərəflərin dediklərini müstəqil təsdiqlətmək mümkün olmasa da, hərbi təhlilçilər həm Rusiya, həm də Ukraynanın itkisinin böyük olduğunu deyirlər.

Britaniyanın Müdafiə Nazirliyi isə martın 13-də gündəlik bülletenində qeyd edir ki, “Vaqner”in müharibədə itkilərini məhbusların hesabına dolduran Priqojin daha həbsxanalardan qüvvə yığa bilmir, çünki Müdafiə Nazirliyi ilə çəkişməsi davam edir.

“Qadağa qalarsa, Priqojin “Vaqner”in Ukraynadakı əməliyyatların miqyasını, yaxud intensivliyini azaltmalı olacaq”, – bülletendə vurğulanır.

Britaniyanın hesablamalarına görə, “Vaqner”-in Ukraynaya göndərdiyi məhbusların demək olar yarısı itirilib.
Bu arada ABŞ-da nəşr olunan “Politico” nəşri yazıb ki, Vaşinqton və Kiyev arasında fikir ayrılıqlar artır. Jurnalda dərc ounmuş məqalədə qeyd olunur ki, əsasən 3 məsələdə “Şimal Axın”larda diversiyalar, Baxmutun müdafiəsi, Krımın qaytarılması ilə bağlı mövqelər üst -üstə düşmür.

General Mark Milli hesab edir ki, Baxmutun müdafiəsi məqsədəuyğun deyil və 93-cü əlahiddə mexanikləşdirilmiş briqada şəhəri tərk edib Çasiv Yarda müdafiə xətti tutmalıdır. Çasiv Yarda müdafiə xəttini amerikalı hərbi mühəndislər qurub və Pentaqon Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilə 93-cü briqadanın geri çəkilməsini razılaşdırıb. Amma görsənən odur ki, Ukrayna Baş Qərargahı götürdüyü öhdəliyi yerinə yetirmədi. Pentaqonun bir neçə xəbərdarlığından sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general Zalujnı Baxmutdan geri çəkilməyəciyini bildirib.

Pentaqon hesab edir ki, Baxmutun sona qədər müdafiəsi Prezident Zelenski üçün siyasi prestij məsələsidir. Bu cür şəxsi ambisiyalar səbəbindən dirəniş şəhərin mühasirəyə düşməsi riskini yaradır və heç bir hərbi-taktiki məna daşımır.“AzPolitika.info”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki