image-timthumb-8backend

Pentaqonun rəhbəri gözlənilmədən İraqa gəlib

image-reklam_sirab_01

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yaxın Şərqə səfəri çərçivəsində elan olunmamış səfərlə İraqa gəlib.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Shafaq News” İraq hökumət strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bağdadda İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıqların aparılması planlaşdırılır, bundan sonra o, Kürd muxtariyyətinin paytaxtı Ərbilə səfər etmək və burada İraq Kürdüstanının rəhbərliyi ilə görüşmək niyyətindədir.

ABŞ Müdafiə Nazirliyi rəhbərinin İraqa səfər planları barədə əvvəlcədən məlumat verilməyib.

Ostin Yaxın Şərq turnesinə martın 5-də İordaniya səfəri ilə başlayıb, həmçinin Misir və İsrailə səfər etməyi planlaşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki