image-reklam-veteninfo
image-6296e60ca99a26296e60ca99a316540564606296e60ca999e6296e60ca99a0backend

Perişiç “Tottenhem”lə müqavilə imzalayıb

image-reklam-veteninfo

Xorvatiya millisinin heyətində dünya çempionatının gümüş mükafatçısı İvan Perişiç “A” seriyasını İngiltərə çempionatına dəyişib.

“Spurs” nəşri xəbər verir ki, “İnter”in 33 yaşlı yarımmüdafiəçisi “Tottenhem”lə müqavilə imzalayıb.

İngiltərə klubu ilə müqavilə 2024-cü ilə qədər nəzərdə tutulub.

Perişiç İtaliya komandası ilə müqaviləsi başa çatdıqdan sonra iyulda “Tottenhem”ə keçəcək.

Futbolçu “İnter”in heyətində 254 oyunda meydana çıxıb ki, həmin matçlarda 55 dəfə qol vurub və 49 məhsuldar ötürmə edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki