Rusiyanın Perm vilayətinə kütləvi dron hücumu edilib.
Perm vilayətinin qubernatoru Dmitri Maxoninin açıqlamasına görə, hücum nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Qubernator “Max” platformasında bildirib ki, ilkin əməliyyat məlumatlarına əsasən, regionun səmasında 27 pilotsuz uçuş aparatı məhv edilib.
“Dron hücumu nəticəsində çoxmənzilli yaşayış binasına ziyan dəyib. Təəssüf ki, 1 nəfər həlak olub. İlkin məlumata görə, daha 4 nəfər yaralanıb. Onlara bütün zəruri tibbi yardım göstərilir”, – deyə Maxonin bildirib.
Onun sözlərinə görə, aidiyyəti qurumlara və Perm administrasiyasına hücumun nəticələrinin aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi tapşırılıb.
Hadisənin digər təfərrüatları və dəymiş ziyanın miqyası dəqiqləşdirilir.


























