Terror təşkilatı PKK/YPG Suriyanın şimalındakı Bab rayonunun əl-Ulaşlı kəndində bir məscid və bəzi mülki vətəndaşların evlərini raketlərlə hədəfə alıb.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” əməliyyatı ilə terrordan təmizlənən Babın şərqindəki Ureyme bölgəsini işğal edən YPG/PKK terrorçuları Ulaşlı kəndinə çoxsaylı reaktiv yaylım atəşi ilə hücum edib.
Kəndə düşən raketlərin bir qismi mülki əhalinin evlərinə dəyib, Ömər bin Xəttab məscidi də hücumların hədəfi olub.
Məscidə ziyan dəyib.
Terror aktından sonra Ulaşlıda yaşayan 200-ə yaxın ailə Babın mərkəzinə köçmək məcburiyyətində qalıb.


























