image-000backend

Polşa Ukraynaya  10 Leopard 2 tankını göndərdi

image-reklam_sirab_01

Polşa Varşavanın əvvəllər vəd etdiyi 14 Leopard 2 tankından 10-unu Ukraynaya göndərdi. Vətəninfo.az xəbər verir ki, bunu cümə axşamı keçirdiyi brifinqdə Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşçak deyib.

“Biz Ukraynaya daha 10 Leopard 2A4 tankı təhvil verdik”, – deyə o bildirib. Nazirin sözlərinə görə, respublikada həmçinin Ukrayna tankçılarının hazırlığı başa çatıb.

“Polşa o həddə çatdırıb ki, Leopard 2A4 tanklarının bütöv bir batalyonu yaradılıb”, – Polşa Müdafiə Nazirliyinin rəhbəri xatırladıb. Blaşçakın qeyd etdiyi kimi, bu batalyona “Kanadadan səkkiz, Norveçdən səkkiz, İspaniyadan altı tank” daxildir. Onun sözlərinə görə, bəlkə də İspaniyadan əlavə dörd tank bu batalyonun tərkibində olacaq. “Polşa hissəsi artıq təhvil verilib və müttəfiqlərimizə gəldikdə isə, tanklar tezliklə Ukraynaya təhvil veriləcək”, o əlavə edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki