image-arzumanbackend

Prezidentin birlik, bərabərlik mesajı

image-reklam_sirab_01

“Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı dünyada yaşayan azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlər Azərbaycan dövləti və onun rəhbəri üçün Güney Azərbaycanda yaşayan soydaşlarımızın taleyinin də daim diqqətdə olduğu və onların öz haqlarına qovuşmalarının bizim üçün prioritet təşkil etdiyini göstərir. Cənab İlham Əliyev Azərbaycandan kənarda yaşayan 40 milyon azərbaycanlıdan bəhs edərkən Güneydəki soydaşlarımızın problemlərinə də biganə qalmadığı bir daha ortaya qoymuş oldu”. Belə bir açıqlama ilə çıxış edən “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı bildirib ki, hələ Dünya Azərbaycanlılarının İkinci Qurultayında çıxışı zamanı Cənab Prezident şimallı-cənublu bütün azərbaycanlıların, dünyada yaşayan soydaşlarımızın bir vətəni olduğunu bildirmişdi: “Xatirinizdədirsə, həmin qurultayda çıxışı zamanı dövlət başçısı bildirmişdi ki, “Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bu, dünya miqyasında böyük xalqdır. Bizim hamımızın bir Vətəni var – Azərbaycan”. Göründüyü kimi, dünyada yaşayan azərbaycanlıların haqq-hüquqlarının qorunması, onlara Azərbaycan dövlətinin dayaq durması hər zaman aktual və prioritet olub və bu gün Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı da İlham Əliyev bir daha bunu təsdiq etdi”.

Arzuman Muradlı hesab edir ki, dövlət başçısının “Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır. Əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur” fikri əslində İrana ünvanlanmış bir mesajdır ki, bu ölkə Güneydə yaşayan soydaşlarımıza öz ana dillərində təhsil almaq hüquq versin, onların hüquq və azadlıqlarını tanısın: “Bu həm də dövlət başçısının birlik, bərabərlik mesajı idi”.(“OLAYLAR”)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki