image-26backend

Prezidentin köməkçisi: “Ermənistan işğal edilmiş ərazilərdə mədəni irsin məhvi ilə məşğul olub”

image-reklam_sirab_01

“Azərbaycan Ermənistan ilə sülh danışıqlarının başlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində maraqlıdır”.

Vətəninfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Mədəniyyət naminə sülh” tərəfdaşlar forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dayanıqlı sülh bütün region ölkələri üçün faydalı olacaq.

Prezidentin köməkçisi işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni abidələrinin sistemli şəkildə məhv edildiyini bildirib.

O, beynəlxalq ictimaiyyəti buna diqqət yetirməyə və Ermənistanın vandallığına qiymət verməyə, həmçinin beynəlxalq institutları işğaldan azad edilmiş ərazilərə qiymətləndirmə missiyası ilə səfər etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki