image-downloadbackend

Putin Əliyevlə Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə dair tədbirləri müzakirə edib

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev telefonla Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi ilə bağlı tədbirləri müzakirə ediblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış məlum üçtərəfli sazişlərə uyğun olaraq Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə yönəlmiş praktiki tədbirlər müzakirə edilib”, – məlumatda deyilir.

Həmçinin regionda nəqliyyat, logistika və iqtisadi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki