Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putini ölkəsinə dəvət edib.
Vətəninfo.az xəbər verir kia, bu məlumatı RİA Novosti Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən yayıb.
“Rusiya Federasiyasının Prezidenti dəvəti məmnuniyyətlə qəbul etdi və bir daha Rusiya-Koreya dostluğunun tarixini və ənənələrini əbədi olaraq davam etdirməyə hazır olduğunu bildirdi”, – deyə məktubda bildirilir.
Agentliyin məlumatına görə, DRC lideri Rusiyaya səfərinin iki ölkə arasında münasibətləri yeni səviyyəyə qaldıracaq əlamətdar məqama çevriləcəyini də açıqlayıb.
Xatırladaq ki, dünən iki dövlət başçısı “Vostochnı” kosmik stansiyasında görüşüb və orada danışıqlar aparıb. Bu, Kim Çen Inın 2019-cu ildən bəri ilk səfəridir.
KXDR liderinin sözlərinə görə, danışıqlar zamanı Koreya yarımadasının və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər həmçinin kənd təsərrüfatı, turizm və logistika infrastrukturunun inkişafı sahələrində əməkdaşlığa istinad ediblər.


























