image-photo-2021-11-16-17-47-13-1backend

Qalib Azərbaycan xalqı.

image-reklam_sirab_01

Her şeyin yeniden başladığı hemin gün-Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı təxribatları ilə başlayan və buna cavab olaraq Azərbaycan ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Azərbaycan üçün yeni bir tarix yazıldı.

30 il sülh  yolu ilə həllinə çalışdığımız haqq mübarizəmizi 44 gün içərisində hərb yolu ilə həll etdik. Budur şanlı Azərbaycan ordusu. Budur haqq mübarizəsi, Vətən müharibəsi. Bu müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi və yeni, möhteşem tarix yazdı.

30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivdə qaldı. Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları da alt-üst oldu.

Sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə çalışılırdı, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi fikri ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Lakin bütün bu iddialar, istəklər xəyal olaraq qaldı. Azərbaycan Prezidenti yeni reallıq yaratdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bir sözlə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Ermənistan ordusu atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı.

Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiya imzalamağa məcbur etdi.

Ermənistanın daxilindəki hazırki biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar göz qabağındadı. Ermənistanla müqayisədə isə Azərbaycanda, Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu açıq-aydın şəkildə nümayiş etdirir. Hazırda Şuşa şəhəri də daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. İnzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın qan tökülmədən geri qaytarılır. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir.

Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi;

Razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisində doğma yurdlarına qayıdacaqlar.

Bu o deməkdir ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazdı! Bu o deməkdir ki, haqq mübarizəmizi  qələbə ile başa vurduq. Nəhayət bu o deməkdir ki, Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

Azerbaycan Dövlət Pedaqoji universiteti

Səfərli Nargilə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki