image-1617953324_serseng-su1backend

Qarabağa gələn Ermənistan naziri Sərsəng anbarına forel balıqları da buraxdı...

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, qəsbkar Ermənistanın  Ətraf Mühit naziri Romanos Petrosyan  Azərbaycan dövlətinin icazəsi olmadan Rusiya sülhməramlılarının(?) dəstəyi ilə Laçındakı dövlət sərhədimizi pozaraq Xankəndinə “işgüzar səfərə “ gəlib.

Veteninfo.az xəbər verir ki,  Xankəndindəki erməni nəşrlərinin yaydığı məlumata görə,  erməni nazir  separatçı xunta tör-töküntüsünün “ərazi idarəetmə və infrastruktur naziri” sayılan Hayk Xanumyan adlı məxluqla görüşdən sonra  Qarabağın baş separatçısı Araik Arutyunyanla da görüşüb.

Ermənistan nazirinin “Qarabağ səfərinin gündəliyində duran əsas məsələlərdən biri kimi” onun Sərsəng su anbarını ziyarət etməsi göstərilib.  Belə ki,  məlumata görə, R.Petrosyan separatçı “nazir” Hayk Xanumyanla birgə Azərbaycan Respublikasının” təəssüf ki, 28-ci ildir hələ də işğal altında qalan bu strateji su anbarına nadir əlvan forel(alabalıq) balıqlarının ilk partiyasını buraxıb…

“Əlvan alabalıq kifayət qədər davamlı bir balıqdır… Bütün bunlar Artsax xalqının rifahı naminə ölkədə həyatın tam bərpası üçün edilir. Bir neçə ildən sonra  Artsaxdakı soydaşlarımızı bəsləyə biləcək kifayət qədər balıq populyasiyamız olacaq…”- separatçı nəşrlərin xəbərində belə deyilir.

atırladaq ki,  R.Petrosyanın Xankəndindəki görüşünün digər nəticəsi olaraq Ermənistanın Ətraf Mühit Nazirliyinin fəal dəstəyi ilə Qarabağda 1 hektarlıq tinglik sahəsi yaradılması qərara alınıb. Və bu məqsədlə    100.000 ədəd ting  qondarma rejimin müvafiq qanunsuz qurumuna hədiyyə ediləcək…

P.S. Bir neçə il öncə işğalçı və separatçılar Suqovuşan(“Madagiz”) anbarında da balıq kürüsü yetişdirib dünyaya ixrac etməkdən dəm vururdular. Axırı nə oldu?.. Sərsəng də tezliklə bizim olmalıdır…/Moderator.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki