image-335479101_560148212764116_5831319597108873852_nbackend

” Qarabağda bu bayraqların dalğalanması ideyası Putinin şəxsi əmridir” -Politoloqdan sensasion AÇIQLAMA

image-reklam_sirab_01

“Rusya hərbi kontingentinin Qarabağda rus sərkərdələrinə abidələrin qoyulması, Xocalıdakı qərargah otaqlarında divarlara sovet generallarının portretlərinin yapışdırılması, Şuşa ətrafındakı yollarda keçmiş SSRİ-nin bayraqlarının dalğalanması ideyası Kreml sahibi Vladimir Putinin şəxsi əmriylə əlaqəlidir. Bunların müəllifi odur.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq əlavə edib ki, Rusiya prezidenti simvollara diqqət yetirən siyasətçidir.

“O keçmiş illərdə qonaqlarını Kreml sarayının o otaqlarında qəbul edirdi ki, həmin otaqdakı heykəl və ya şəkil xarici həmkarına Rusiya imperiyasının həmin dövlət üzərindəki qələbəsini xatırlatsın. Əslində bu şəkildə “qəbul” qonağını aşağılamaq mənası daşıyırdı. İşğal altındakı Xocalıda rus sərkərdələrinə büstlərin qoyulması da Putinin şəxsi təşəbbüsüdür. Ukraynada işğalçı müharibə vasitəsilə keçmiş imperiya sərhədlərini bərpa etməyi planlaşdıran şəxsin başqa ərazilərə də baxışı eynidir. Rusiya hərbi kontingentini Qarabağdan yola saldıqdan və torpaqlarımızın qalan hissəsini azad etdikdən sonra rus sərkərdəsi Aleksandr Nevskinin və digərlərinin Xocalıda büstlərinə ehtiyac qalmayacaq.”- Elxan Şahinoğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki