Qaxda itkin düşən 57 yaşlı kişinin meyiti tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, yanvarın 24-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayan Qax rayonunun Qaxbaş kənd sakini, 1965-ci il təvəllüdlü Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından taplıb.
Faktla bağlı rayon prokuroluğunda araşdırma aparılır.