image-defaultbackend

Qazaxıstan parlamentinə altı partiya keçib – Demokratiya Araşdırmaları İnstitutu

image-reklam_sirab_01

Qazaxıstan Milli Məclisinə  seçkilərdə üçüncü “exit-poll”un nəticələri açıqlanıb. Vətəninfo.az  xəbər verir ki, bu barədə məlumatı Demokratiya Araşdırmaları İnstitutu yayıb.

“Exit-poll”un nəticələrinə görə, səsvermənin nəticələri belə olub:

Əmanət Partiyası – 53,33 faiz;

“Auyl” Xalq Demokratik Vətənpərvərlər Partiyası – 11,26 faiz;

Respublika Partiyası – 8,33 faiz;

Qazaxıstan Xalq Partiyası – 6,93 faiz;

“Baytak” Yaşıllar Partiyası – 2,51 faiz;

Qazaxıstanın “Ak Jol” Demokrat Partiyası – 8,87 faiz;

Ümummilli Sosial Demokrat Partiyası – 5,12 faiz;

Hamısına qarşı – 3,65 faiz.

Xatırladaq ki, Qazaxıstanda bütün seçki məntəqələrində səsvermə başa çatıb.

Qeyd edək ki, bir müddət əvvəl MSK Milli Məclis və məclis deputatları seçkilərində vətəndaşların fəallığı ilə bağlı ilkin məlumatları açıqlayıb. Seçicilərin sayı ilkin olaraq 54,19 faiz olmaqla 6 milyon 521 min 860 nəfərə çatıb. 12 035 578 qazaxıstanlının səsvermə hüququ var idi ki, onların da demək olar ki, yarısı səsverməyə gəlməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki