image-80906bcb-7f8b-32bf-b402-301d4a3fb839_850backend

Qazaxıstan və Tacikistan kosmik rabitə sahəsində əməkdaşlıq edəcəklər

image-reklam_sirab_01

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin Aerokosmik Komitəsinin Respublika Kosmik Rabitə Mərkəzi və Tacikistanın rabitə operatoru olan “Isatel” MMC arasında “Kazsat-3” kosmik gəmisinin transponder tutumunun təmin edilməsi üzrə xidmətlərin göstərilməsi haqqında saziş imzalanıb.

Bu barədə “Kazinform” agentliyi Qazaxıstan Rəqəmsal İnkişaf və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Sənədə əsasən, Qazaxıstanın rabitə peykinin resursları vasitəsilə Tacikistanın çətin gediş-gəliş olan əraziləri üçün rabitə kanalları ayrılacaq.

Müqavilənin imzalanması iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki