image-31backend

Qazaxıstandakı hərbi institutda araşdırmalara başlanılıb

image-reklam_sirab_01

Qazaxıstan Müdafiə Nazirliyi Almatıdakı Quru Qoşunlarının Hərbi İnstitutunda araşdırmalara başlayıb.

Vətəninfo.az  TASS-a istinadən xəbər verir ki, buna səbəb kursantların ali məktəbi kütləvi şəkildə icazəsiz tərk etmələridir.

Məlumata görə, dünən institutun 210 kursantı təhsil müəssisəsindən çıxıb.

İnstitutun rəhbəri, general-mayor Dulat Adırbekov bildirib ki, buna səbəb kadr təyinatları ilə bağlı fikir ayrılığı olub. Kursantların tələbi keçmiş komandiri geri qaytarmaqdır.

Hadisə ilə bağlı onların valideynləri məlumatlandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki