image-628bee6612602628bee66126031653337702628bee6612600628bee6612601backend

Qərbin Kiyevə hərbi yardım üzrə qrupu Brüsseldə görüşəcək

image-reklam_sirab_01

Qərbin Ukraynaya Hərbi Yardım üzrə Koordinasiya Qrupu iyunun ortalarında Brüsseldə üzbəüz görüş keçirəcək.

Bu barədə bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin məlumat verib.

“Biz gələn ay təmas qrupunun üçüncü iclasını keçirəcəyik. İyunun 15-də əyani formatda Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası çərçivəsində görüş olacaq”, – deyə ABŞ hərbi departamentinin rəhbəri bildirib.

Eyni zamanda o, bildirb ki, bu Şimali Atlantika Alyansı çərçivəsində keçirilən görüş olmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki