image-12backend

Qırğızıstan yeni ştama görə giriş qaydalarını sərtləşdirir

image-reklam_sirab_01

Qırğızıstan Nazirlər Kabineti dekabrın 1-dən ölkədə yeni ştamın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər planını qəbul edib.

Veteninfo.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Yeni qaydalara görə, ölkəyə daxil olmaq üçün əcnəbi vətəndaşlar peyvənd olub-olmamasından asılı olmayaraq PCR testindən keçməli və mənfi nəticə verməlidirlər.

Nazirlik və idarələrə COVID-19-un yeni ştammı ilə bağlı respublikada epidemioloji vəziyyətin ağırlaşması ilə bağlı tam hazırlıq vəziyyətində olmaq tapşırılıb.

Qırğızıstan Səhiyyə Nazirliyi yeni “omikron” ştamının yoluxma ocaqlarının aşkar olunduğu ölkələrdə epidemioloji vəziyyətə nəzarət edəcək. Bu ölkələrin siyahısı Milli Təhlükəsizlik Komitəsi və Dövlət Sərhəd Xidmətinə ötürüləcək və onların vətəndaşlarının Qırğızıstan ərazisinə girişi qadağan olunacaq.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki