image-173556_9rfohh0u9rbackend

Qoşulmama Hərəkatı

image-reklam_sirab_01

Qoşulmama Hərəkatı (Non-Aligned Movement – NAM) — özlərinin formal olaraq heç bir bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.
Hərəkatın yaradılması ideyası 1955-ci ildə Bandonq konfransında (İndoneziya) irəli sürülüb. 1961 -ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Bitərəf Dövlətlər Hərəkatının yaradıldığı elan olunub.
Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.
Təşkilatın daimi orqanı və mənzil qərargahı yoxdur. QH BMT Mənzil qərargahında yerləşən Əlaqələndirici Büro vasitəsilə təşkilatın Sədri və üzv dövlətlərin nümayəndəlikləri tərəfindən idarə olunur.
Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və təşkilat daxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır. Büro vasitəsilə Qoşulmama Hərəkatı öz üzvlərinin BMT orqanlarında vahid mövqedən çıxış etməsini əlaqələndirir.
Sədr dövlət BMT yanında daimi nümayəndəliyi vasitəsi ilə Hərəkatın Bürosuna rəhbərliyi və sədrliklə bağlı digər vəzifələri icra edir.
QH-ə sədr olan dövlət Xarici İşlər Nazirliyində bütövlükdə bir struktur bölməsini QH-nin işlərinə həsr edir.
Təşkilata sədrlik edən dövlət inzibati xarakterli xərclərin ödənməsini öz öhdəsinə götürür.
İdarəçiliyi qeyri-iyerarxik xarakter daşıyır və rotasiya əsasında fəaliyyət göstərir. Təşkilata üzv olan hər bir dövlət təşkilatın əsas prinsipləri sayılan “Bandunq prinsipləri” əsas götürməlidir.
Qoşulmama Hərəkatının bilavəsitə münaqişələrə müdaxilə edəcək resurs və alətləri yoxdur. Bu beynəlxalq məsələlərin müzakirəsi üçün bir platformadır.
Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib.
Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub.
Hazırkı sammitdə 2019-2022-ci illər üçün QH-na sədrlik Azərbaycan Respublikasına keçəcək. Azərbaycan təşkilata qoşulan sonuncu ölkədir. İndiyə kimi iki dəfə 2012-ci ilin mayında və avqustunda yekun sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş maddə qəbul edilib.
Maddə münaqişənin məhz Azərbaycan Respublikasının “ərazi bütövlüyü, suverenliyi və beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində” həllini nəzərdə tutur.

Azərbaycan Dillər Universiteti
Orucova Fatimə

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki