image-1backend

Ramiz Əskər vəfat etdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvü olan Ramiz Əsgər 10 yanvar 1954-cü ildə Amasiya rayonunun Qaraçanta kəndində müəllim ailəsində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Azərbaycan radiosunda redaktor (1978-1983), türk, ərəb, fars, Azərbaycan, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru (1983-1984), kiril, latın və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru (1984-1991), “Hürriyyət” qəzetinin (İstanbul) Azərbaycan üzrə xüsusi müxbiri (1991-1993), Xarıci Turizm Şurasının idarə rəisi (1993-1994), “XXI əsr” qəzetınin baş redaktoru (1994-1996), “Yeni Forum” jurnalının (Ankara) Bakı təmsilçisi (1993-1997) olmuşdur. 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-ci ildən Bakı Dövlət Universitetinin müəllimi, bədii tərcümə elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi-müdiri olmuşdur. 2012-ci ildən isə BDU-nun türk xalqları ədəbiyyatı kafedrasının müdiridir. Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur.

Azərbaycanın “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, Türkiyənin “Türk dünyasına xidmət”, Türkmənistanın “Altın əsr” və TürkSOY-un “Özəl ödül” mükafatları laureatıdır. “Baburnamə”nin tərcüməsinə görə Özbəkistanın beynəlxalq Babur mükafatına, Bəkir Çobanzadənin əsərlərinin tərcüməsinə görə Ukraynanın beynəlxalq Bəkir Çobanzadə mükafatına, Abdulla Tukayın şeirlərinin tərcüməsinə görə Tatarıstanın “Mədəniyyət sahəsində uğurlar” medalına layiq görülmüşdür. Yazıçılar və Jurnalistlər Birliklərinin, Beynəlxalq Mətbuat İnstitutunun (İPİ, Vyana) üzvü, Azərbaycanın Əməkdar jurnalistidir.

Türkologiya, ədəbiyyat, tarix və jurnalistıkaya dair kitablar yazmış, türk, rus, özbək, qazax, uyğur, türkmən, tatar, başqırd, qaqauz dillərindən tərcümələr etmişdir. Avrasiya Tərcüməçilər Birliyinin (Ankara) sədri seçilmişdir (2010).

Ramiz Əskərə 13 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının IV prezidenti İlham Əliyev tərəfindən Şöhrət ordeni verilib.

15 Yanvar 2024-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki