Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:”Kərkükün strukturunu pozacaq hər hansı bir hərəkət İraqın bütövlüyünün pozulması mənasına gəlir. Bu coğrafiyanın sülh və bütövlüyünün pozulmasına icazə verməyəcəyik”
Vətəninfo.az xəbər verir ki, Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
Kərkükdə baş verənləri qiymətləndirən Rəcəb Tayyib Ərdoğan deyib: “Kərkükdəki prosesləri həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat orqanlarımız yaxından izləyir. Hazırda Kərkükdə sakit atmosfer var”.
Bölgənin sülh və əmin-amanlığı üçün Kərkükün strukturunu pozacaq hərəkətlərdən uzaq durmağın vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Kərkükün strukturunu pozacaq hər hansı bir hərəkət İraqın bütövlüyünün pozulması mənasına gəlir. Türkmənlərin vətəni Kərkük yüz illərdir fərqli mədəniyyətlərin bir yerdə sülh içində yaşadığı bir coğrafiyadır. Bölgənin sülh və bütövlüyünün pozulmasına icazə verməyəcəyik”.