image-zaurbackend

Reaksiya TV – çirkab makinası!

image-reklam_sirab_01
Ömründə bir dəfə də olsa Azərbaycanda olmayıb, Azərbaycanda söz azadlığının olmadığını iddia edən əcnəbi siyasətçilər bilsəydilər ki, ölkəmizdə söz nə qədər azaddır, yəqin ki, təəccüblənərdilər və fikirlərini dəyişərdilər. Bilsəydilər ki, hərə bir smartfon alıb qarşısına qoymaqla özünü “jurnalist”, smartfonu isə “televiziya” adlandırır və daha sonra heç bir abır-həya bilmədən gözünü yumub ağzını açır, bizdəki söz azadlığına həsəd aparardılar.
Belə televiziyalar çoxdur. Onlardan biri də özünə “Reaksiya TV” adı verib və heç bir təhsili olmayan birisi də “Zaur Qəriboğlu” adı ilə özünü “jurnalist” adlandırır. Apardığım müşahidələrə əsasən, bu internet televiziyası hədəfə aldığı qarşı tərəfi öz məqsədinə nail olana qədər qaralamaqda davam edir. Psevdo-jurnalist “Zaur Qəriboğlu” insan hüquqlarını, etik davranış qaydalarını nəzərə almadan ardıcıl şəkildə öz hədəfini şərəf və ləyaqəti alçaldacaq sözlərlə təhqir və təhdid edir. Zaur Qəriboğlunun heç bir əndazəyə sığmayan hərəkətləri qarşısında hücuma məruz qalan ziyalılar, məmurlar, ictimai xadimlər əsasən sadəcə, susmağa üstünlük verirlər. Yəqin ki, bu da ya həmin şəxsin sadəcə abrına qısılıb susmasi ilə və yaxud da Zauru sadəcə “ürək bulandıran milçək” hesab etmələri ilə bağlıdır. Amma bəzi hallarda təəccüblü və qəribə vəziyyət də müşahidə olunur. Belə ki, “hücum günləri”nin ardınca qəfildən az öncə tənqidə, təhqirə və təhdidə məruz qalmış bəzi şəxslərin Zaur Qəriboğlu ilə birgə “qol-boyun” foto-görüntüləri yayılır. Bu müşahidələrimi deyərkən konkret fakta əsaslanıram. Lazım gələrsə, bu barədə ətraflı danışmağa da hazıram.
Bu yazımda “palan içi açıb tökməyə” lüzum görmürəm. Bu faktı xatırlatmaqla sadəcə bildirirəm ki, Zaur bəyin “media fəaliyyəti” əsasən bu “prinsip” üzərində qurulub. Yəni məqsədinə nail olana kimi “Reaksiya TV”dən “od püskürür”, ədalətdən dəm vurur, “zəhmətkeşlərin haqqının tapdalanmasına” dözə bilmədiyini yanıqlı-yanıqlı “məruzə” edir. Görünür, hansısa məqsədinə çatandan sonra özünün tənqid hədəfi ilə “dost” olur və hətta qol-boyun foto da çəkdirir.
Əlbəttə, məqsədimiz Zaurun bu “anlaşılan” fəaliyyətində kimlərlə dostlaşmasını vurğulamaq deyil. Bizim məqsədimiz onun bu müəmmalı fəaliyyətinin arxasında təmənnalı niyyətinin açıq-aşkar ”boy göstərməsini” oxucunun və xüsusilə jurnalist peşəsinə sevgi və məsuliyyətlə yanaşan insanların diqqətinə çatdırmaqdır. Dədə-babadan belə bir deyim var ki, “…lənət o yaxşılığıa ki, onun arxasında təmənna, umacaq dayanır”. Belə məqamda isə “reket jurnalist” anlayışının ortaya gəlməsinə ciddi şübhələr və ehtimallar yaranır. Qaldı verilişdə qarşı tərəfin etik davranış qaydaları nəzərə alınmadan ardıcıl şəkildə alçaldıcı sözlərlə hədəfə alınmasına, bu, həm hüquqi cəhətdən, həm də mənəvi cəhətdən yolverilməzdir. Əlbəttə, burada söhbət artıq Zaurdan yox, mənəviyyat haqqında anlayışı olanlardan gedir. Şübhəsiz ki, bütün bunlar Azərbaycanda media sahəsində yaradılmış azadlıq, sərbəstlik şəraitindən irəli gələn sui-istifadə hallarıdır.
Yeri gəlmişkən, Zaur Qəriboğluna xatırladım ki, bu cür jurnalistika fəaliyyətinin ömrü bir məsəldə vurğulandığı kimi, bəzi məlum qədim peşələrin ömrü qədər- 40 gün çəkir. Sonda sular durulur, bütün gizlinlər üzə çıxır, cəzasızlığın sonu çatır. Bir vaxtlar “bloger-jurnalist” statusunda axsaq ulaq belində tozanaq qoparan, yelçəkən döngələrdə üzərində “press” yazılan sarı jiletlərdə min bir pəstahlardan çıxanların aqibəti də bunun bariz nümunəsidir. Ümumiyyətlə, insanları şantaj və təhqir etməklə onlardan pul almağa cəhd göstərmək tamamilə hüquqa zidd fəaliyyətdir. Bunun sonunun nə ilə nəticələnəcəyini bəlkə də zaur qəriboğlular daha yaxşı bilir. Bəs onda bu “jurnalistləri” belə əməllərdən dördəlli yapışmağa məcbur edən nədir?!. Zaur Qəriboğluna onu da xatırlatmaq istərdim ki, əsl jurnalist oxucu, yaxud tamaşaçı ilə oyun oynamamalıdır, cilddən cildə girməməlidir, bu gün bir, sabah başqa bir sifətlə meydana atılmamalıdır. Guya sadə insanları “himayə etmək” və onların hüquqlarını “qorumaq” şüarı altında biclik və dələduzluq üzərindən jurnalist fəaliyəti göstərmək və eyni zamanda haqq-ədalət libasında smartfon ekranından qanundan və intizamdan danışmaq, korrupsiyadan dəm vurmaq, ən azı saxtakarlıqdır. Qanuni dildə isə bu əməlin adı DƏLƏDUZLUQ-dur. Zaur Qəriboğlu barədə media kuluarlarında dolaşan söz-söhbətlərin əsaslı olub-olmadığını bir daha yoxlamaq üçün bir neçə gün “Reaksiya TV”ni izləmək qərarına gəldim. Əmin oldum ki, bu şəxsin fikirlərinin arxasında qazanc iddiası, əyri, dolanbac yollarla gəlir əldə etmək məqsədi dayanır. Bu çirkin məramını insanları dövlətə və dövlətin apardığı siyasətə qarşı ayağa qaldırmaqla gerçəkləşdirməyə cəhd göstərir, hədəfinə çatmaq üçün isə gözə kül üfürməkdən, gah nala, gah mıxa vurmaqdan, riyakarlıq etməkdən də çəkinmir. Bəzi niyyətləri məlum olmayan həmsöhbətlərinə özündən “titullar” verir, bəzi insanlara “pozulan haqlarının bərpası” üçün sona qədər mübarizə aparmalarının zəruriliyini tövsiyyə edir və bu yolda özünün “tam şəffaf və təmiz bir jutnalist olduğunu” da diqqətə çatdırmağı unutmur.
“Reaksiya TV” ilə bağlı müşahidə etdiyim bir məqamı da vurğulamağı lazım bilirəm. Bəzən Zaur Qəriboğlunun qonaqları arasında nə vaxtsa hansı vəzifəli şəxsdən təmannalı xahişlərin rədd edilməsi müqabilində ondan qisas almaq istəyənlərə də rast gəlinir. Əlbəttə, onlar bunu açıq bildirmirlər. Bu, onların söhbətlərindən, hədəfə aldıqları şəxs barəsində hədyan söyləmələrindən aşkar sezilir. Məsələn,hər hansı bir rayonun hansısa kəndində yolsuzluq, işıq və telefon xəttinin olmaması problemi var. Bu çatışmazlıq elə tərzdə qabardılır, elə təhqir fonunda diqqətə çatdırılır ki, aparıcı Zaur Qəriboğlunun televiziyadan və media prinsiplərindən, ümumiyyətlə təhsildən və mədəniyyətdən uzaq birisi olduğuna əmin olursan. Diqqətimdən o da yayınmadı ki, Zaur Qəriboglunin ekspert qismində efirə çıxardıgı “natiqlərin” böyük qismi dələduzluq və başqa cinayətlərdə iştirak etmiş və barələrində məhkəmə qərarı olan, cəmiyyətdəki nüfuzu sıfırdan aşağı olanlardır. Dəhşətlisi də budur ki, bu tiplər efirdə ədalətdən, mənəviyyatdan danışırlar. Danışmaq bir yana, hətta xanımları, məmurları, ölkəmizin ictimai həyatında müsbət xarakterizə olunan qadınları belə təhqir etməkdən çəkinmirlər. Kim bunlara bu haqqı verib? Ömründə bəlkə də bir kitabı sona qədər oxumamış, savadsızlıgı gözə girən, efirdə ağzı köpüklənən Zaur Qəriboglumu? Qərəz, kin və reketçilik timsalı olan Zaur Qəriboğlu? Əlbəttə, bu suallarım ritorikdir. Ona və onun kimi yaramazlara heç kim belə bir haqqı verməyib. Sadəcə Azərbaycan qanunvericiliyinin humanistliyindən sui istifadə edirlər. Nə qədər ki, QANUN adlı məngənənin arasına düşməyiblər. Bir el sözü də yadıma düşür. Amma təəssüf ki, oxucularıma hörmətim ucbatından onu yaza bilmirəm. El arasında deyilir ki, bəzi xoşagəlməz hərəkətlər var ki, ona tövbə yoxdur. Zaur kimilərinə də heç bir tövbənin xeyri yoxdur. Yerişini, görünüşünü və boş danışıgını istəsə belə, dəyişə bilməz. Çunki onun kimilərinin batili də, zahiri də o qədər çirklidir ki, onları yuyub təmizləmək mümkün deyil. Bizim məmləkətdə isə hamı çirkabdan uzaq qaçır!
P.S. Bu barədə yazmaya da bilərdim. Əslində bu kimi adamların əsil jurnalistikaya dəxli yoxdur. Amma dələduzların özünü jurnalist adlandırmasını qəbul edə bilmədim. Ən başlıcası isə, Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəylinin, Nəsir İmanquliyevin, Şirməmməd Hüseynovun və digər peşə fədailərimizin bizə əmanət qoyduğu milli, vətənpərvər, səmimi və yaradıcı jurnalistikaya Zaur kimi adamların timsalında çirkab bulaşmasına yol verə bilmərik.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP
Открыть фото
Sara Quluzadə
istinad:http://mediazona.az/
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki