image-1backend

Rəşad Nəbiyev: 2040-cı ilə kimi hava nəqliyyatına tələbat 2 dəfə artacaq

image-reklam_sirab_01

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Global Air Transport Outlook” hesabatına əsasən, hava nəqliyyatına tələbatın 2040-cı ilə qədər iki dəfə və illik orta hesabla 3,4% artacağı proqnozlaşdırılır.

Vətəninfo.az  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammitində çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

O qeyd edib ki, müxtəlif regionlarda münaqişələrin və siyasi qeyri-sabitliyin qəfil artması hava hərəkətinin təhlükəsizliyi və koordinasiyasında qeyri-sabitliyə səbəb olur.

Bundan əlavə, sənayenin 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq öhdəliyi əlavə məsuliyyət yaradır.

“Bu amillərin yaratdığı əhəmiyyətli təzyiqləri nəzərə alaraq, dünya hava nəqliyyatının 90%-nə nəzarət edən CANSO üzvləri davamlı və təhlükəsiz qlobal hava səyahətinin gələcəyi üçün təməl olan kollektiv təcrübə və birgə əməkdaşlıq səylərindən istifadə etməlidirlər” – nazir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki