“Rossiya 24” dövlət telekanalı Yevgeni Priqojinin ölümü ilə bağlı məlumat yayıb.
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin Tver vilayətində “Embraer” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.
Fövqəladə hallar xidmətinin nümayəndəsi RİA Novosti-yə bildirib ki, Tver vilayətində şəxsi təyyarənin qəzaya uğradığı yerdə səkkiz qurbanın cəsədi tapılıb.
Bundan əvvəl Rusiya Federasiyasının Tver vilayətində biznes-jetin qəzaya uğraması barədə məlumat vermişdik. 10 nəfər ölüb. Moskvadan Sankt-Peterburqa gedirdi.
Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan təyyarənin sərnişinləri arasında Yevgeni Priqojinin də olduğunu bildirib.


























