image-timthumb-3backend

“Rusiya Baltikyanı ölkələrə hücum edəcək” – Latviyanın keçmiş prezidenti

image-reklam_sirab_01

“Almaniya, Fransa və digər Avropa ölkələrində belə bir məlumat var ki, Rusiya Ukraynanın işğalı ilə məhdudlaşmayacaq və Baltikyanı ölkələrə hücum edəcək. Ona görə də bu gün həmin ölkələrdə NATO-nun əlavə qoşunları və yeni silahlar yerləşdirilməlidir ki, Rusiyanın təcavüzünü dəf etmək üçün hər şey hazır olsun”, – Vətəninfo.az xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti Valdis Zatlers bildirib.

“Putinin sevimli tarixi şəxsiyyəti Rusiyanı böyük itkilər və qurbanlarla Avropaya gətirən İmperator I Pyotrdur. İndi də Putin böyük qurbanlar və itkilərlə yenidən Rusiyanı qeyri-müəyyənliyə aparır. Bəli, Rusiya Federasiyasını dünya iqtisadiyyatından tamamilə çıxarmaq mümkün olmayacaq, lakin sanksiyalar təzyiqi üsulları Moskvanın müharibəni maliyyələşdirmək üçün iqtisadi imkanlarını məhdudlaşdıra və qonşu ölkələri maksimum hədələyə bilər”, – Zatlers bildirib.

Valdis Zatlersin fikrincə, Kremlin nüvə şantajı nüvə silahından yüksək səviyyədə istifadəyə səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki