image-b201151c-955f-42c9-b6a5-108c5f1f3e4abackend

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanına yarayıb… – 161 milyard qazanc…

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanın və dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco” ötən il 161, 1 milyard dollar mənfəət əldə etdiyini açıqlayıb.

Vətəninfo.az  Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, şirkətin rekord maliyyə nəticələrinə neft qiymətlərinin kəskin artımı və satış həcmi, eləcə də yaxşılaşdırılmış emal markası səbəb olub.

Digər bir səbəb isə sanksiyalardan sonra Rusiyanın neft və təbii qazının Qərb bazarlarında satışı məhdudlaşıb və nəzərət Yaxın Şərqin ən güclü oyunçularından olan Səudiyyə Ərəbistanına keçib.

Nəşr yazır ki, neftin qiymətinin bahalaşması bütün dünyada yaşayış böhranına səbəb olub. Enerji xərcləri artdığından istehlakçılar qidadan tutmuş geyimə qədər, hər şey üçün daha çox pul ödəmələi olublar.

Eyni zamanda, neftin bahalaşması dünyada inflyasiyanın artmasına səbəb olmaqla yanaşı, Amerika Birləşmiş Ştatları ilə “Aramco” səhmlərinin 95 faizinə sahib olan Səudiyyə Ərəbistanı krallığı arasında münasibətləri gərginləşdirib.

ABŞ Prezidenti Co Baydenin artıq bu barədə paytaxt Ər-Riyadı xəbərdar etdiyi bildirilib.

Məlumat üçün onu da qeyd edək ki, ötən il şirkətin sərbəst pul axını 2021-ci illə müqayisədə 38 faiz artaraq 148,5 milyard dollar olub. Şirkətin əsaslı xərclərinin həcminin bu il 45-55 milyard dollara çatacağı proqnozlaşdırılır.“AzPolitika.info”

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki