image-5cd568ce-0cd8-3a77-98f1-4effaed9f9a2_850backend

Rusiya Ukraynanın mərkəzini raket atəşinə tutub, 20 nəfər ölüb, 100-ə yaxın yaralı var

image-reklam_sirab_01

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər ölüb, 100-ə yaxın sakin yaralanıb.

Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Vinnitsa Regional Prokurorluğunun rəhbərliyi altında “qəsdən adam öldürmə”, “müharibə qanunlarının və adətlərinin pozulması” maddələri  üzrə cinayət işi başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat bildirib ki, Vinnitsa şəhəri Rusiyanın Qara dənizdə yerləşən sualtı qayıqdan atılan “Kalibr” qanadlı raketi ilə vurulub.

13:41

Rusiyanın Ukraynanın mərkəzində yerləşən Vinnitsa şəhərini raket atəşinə tutması nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

Bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar üzrə Xidmətindən bildirilib.

Xilasedicilərin məlumatına əsasən, raket 9 mərtəbəli “Yubiley” məişət evinin yaxınlığına düşüb. Raket hücumu nəticəsində 25 avtomobil yanıb. Hadisə yerində 90 xilasedici fəaliyyət göstərir.

Məlumata görə, ölənlər dinc sakinlərdir. Onların arasında uşaq da var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki