Rusiya rəsmiləri bildiriblər ki, Ukrayna PUA-larının bir neft emalı zavoduna və elektrik avadanlıqları zavoduna zərbə endirməsi nəticəsində azı üç nəfər yaralanıb.
Müdafiə Nazirliyi Kiyevin gecə boyu Rusiyanın 15 bölgəsində genişmiqyaslı PUA hücumu həyata keçirdiyini və onlardan təxminən 300-nün vurulduğunu qeyd edib.
Açıqlamada “hava hücumundan müdafiə sistemlərinin gecə ərzində Ukraynaya məxsus 289 ədəd sabit qanadlı pilotsuz uçuş aparatını zərərsizləşdirərək məhv etdiyi” ifadə olunub.
Digər tərəfdən, Ukraynanın “Unian” xəbər agentliyinin məlumatına görə, PUA-ların sayı daha çox olub və təkcə paytaxt Moskvaya qarşı təxminən 200 PUA buraxılıb.
Leninqrad qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, əsas hücumlardan biri Leninqrad vilayətini hədəf alıb. Qubernator gecə ərzində Ukraynaya məxsus 29 PUA-nın vurulduğunu iddia edib.


























