image-610259bd9d384backend

Rusiya və ABŞ arasında qalmaqal: Səfir Dövlət Departamentinə çağırılıb

image-reklam_sirab_01

Rusiyanın ABŞ-dəki səfiri Qara dəniz üzərində amerikan dronu ətrafındakı insidentdən sonra ABŞ Dövlət Departamentinə çağırılıb. Vətəninfo.az xəbər verir ki, Rusiyaya məxsus iki döyüş təyyarəsi Qara dəniz üzərində Amerika ordusunun pilotsuz uçan aparatının qarşısını almağa çalışıb.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi hadisəni təhlükəli, qeyri-peşəkar adlandıraraq deyib:“Qara dənizin üzərindən uçarkən ruslarla əlaqə saxlamağa məcbur deyilik”.

Hadisədən sonra Rusiyanın ABŞ-dəki səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.

Rusiya Müdafiə Nazirliyi Rusiya təyyarələrinin silahdan istifadə etmədiyini və PUA ilə təmas qurmadığını, kəskin manevr nəticəsində amerika PUA-nın hündürlüyü itirərək nəzarətsiz uçuşa çıxdığını və su səthinə çırpıldığını açıqlayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki