image-image_750x_6422801b0e320backend

Rusiya və İran gizli razılaşma əldə edib – The Wall Street Journal

image-reklam_sirab_01

Rusiya Tehranı dinləmə üçün xüsusi avadanlıq və proqram təminatı ilə təmin etməyə başlayıb.

Əgər əvvəllər Kreml yalnız “müdafiə” proqram təminatı ilə məhdudlaşırdısa, İran pilotsuz təyyarələr və döyüş sursatları verməyə başlayandan sonra qərar dəyişdi. Vətəninfo.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.

Qeyd olunur ki, Rusiya artıq dinləmə və müşahidə cihazlarını, həmçinin yalan detektorlarını təhvil verib. Bundan əlavə, Moskva İrana mobil telefonları və digər proqram təminatını sındırmağa, dinləmələr aparmağa imkan verən daha təkmil proqram vasitələri ilə təmin etmiş ola bilər.

Nəşrin Toronto Universitetinin Citizen Lab tədqiqat mərkəzinin məlumatlarına istinadən qeyd etdiyi kimi, proqram təminatı Rusiyanın “Protey” elmi-texniki mərkəzi tərəfindən təchiz edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki