image-1backend

Rusiya XİN İrəvanı hədələdi: Buna izahat verin…

image-reklam_sirab_01

Yanvarın 29-da İrəvanda  Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidəni təhqir edilməsi həmçinin Rusiya bağrağının zibilliyə atılmasına görə Rusiya Ermənistanı hədələyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın yazılı bəyanatında bildirilir.

“Biz yanvarın 29-da İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin yanında törədilən vandalizmi qətiyyətlə pisləyirik. Dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiyanın ümumi tarixinin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Biz dost erməni xalqının baş verənləri rədd etməsinə kəskin reaksiya görürük, eyni şeyi respublikanın hakimiyyətindən də gözləyirik, o cümlədən gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik”, – RF sözçüsü vurğulayıb.

Zaxarova hesab edir ki, bu cür hadisələrə respublikada Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu alçaltmağa yönəlmiş ictimai kampaniya şərait yaradır.

“Bu Rusiyaya müharibədə iştirak edən çoxmilyonlu döyüşçülərin xatirəsinə təhqirdir. Biz rəsmi İrəvandan izahat tələb edirik.”-deyə Zaxarova bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki