Sentyabrın 7-nə keçən gecə Kamçatka sahilləri yaxınlığında iki zəlzələ baş verib. Seysmik təkanlar Avaça və Kamçatka körfəzlərinin sularında qeydə alınıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Kamçatka vilayətinin EMS baş idarəsi məlumat yayıb.
Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka bölməsinin məlumatına görə, Avaça körfəzində 3,7 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 85 km cənub-şərqdə yerləşib. 4,6 bal gücündə ikinci zəlzələ Kamçatka körfəzi sularında qeydə alınıb, episentri Ust-Kamçatsk kəndindən 125 km cənubda yerləşib.


























