image-d099fb90-1414-308f-88c4-89e782f089e6_850-2backend

Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb

image-reklam_sirab_01

Rusiyada helikopterin sərt enişi zamanı onlarla insan xəsarət alıb.

Məlumata görə, hadisə Yakutiyada qeydə alınıb. “Mi-8” helikopteri dünən axşam saatlarında Aldan rayonunda sərt eniş edib. Nəticədə 23 nəfər xəsarət alıb. Onlardan 7 nəfərin vəziyyəti ağır, digər 7 nəfərin vəziyyəti orta ağır, 9 nəfərin vəziyyəti isə yüngül qiymətləndirilir. Yaralılar Yakutska aparılıb.

İnsident zamanı helikopterdə üç ekipaj üzvü və aviasiya meşə mühafizəsinin əməkdaşları olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki