Rusiya prezidenti Vladimir Putin “Rusiya ərazisində yaşayan xarici vətəndaşların hüquqi statusu haqqında” qanunu imzalayıb.
Vətəninfo.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla da miqrantlarla bağlı bir sıra qadağalar qüvvəyə minib.
Bununla yanaşı, Rusiyanın ərazi subyektlərinin rəhbərlərinə ehtiyac olduqda bu qəbildən olan şəxslərə əlavə məhdudiyyətlərin tətbiqi səlahiyyəti verilib.