“Rusiyanın “Ural Hava Yolları” aviaşirkətinin Soçidən Omska uçan Airbus A320 təyyarəsi Novosibirsk vilayətində Ubinsk vilayətinin buğda sahəsinə məcburi eniş edib. Təyyarədə 23-ü uşaq, o cümlədən 6 ekipaj üzvü olmaqla 159 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Bu barədə Vətəninfo.az TASS-a istinadən xəbər verir .
Təyyarə həyəcan təbili çalaraq Novosibirsk hava limanına eniş üçün icazə istəyib. Hidravlik sistemdə problemlər yaranıb və ehtiyat hava limanında eniş zamanı əyləclərin sıradan çıxa biləcəyi qorxusu var idi. Ekipaj təyyarəni hava limanından kənarda tarlaya endirmək qərarına gəlib.
Sərnişinlərdən birinin təzyiqi yüksəldiyi üçün tibbi yardıma ehtiyacı olub.
Sərnişinlər müvəqqəti olaraq Ubinskoye kənd mədəniyyət evində yerləşdirilib. Onları Novosibirska daşımaq üçün avtobuslar göndərilib.