Vətəninfo.az xəbər verir ki, İRNA Rusiyanın “Ryanavosti” xəbər agentliyinə istinadən bildirir ki, rusların İrana səyahət üçün müraciətləri 2,2 dəfə artıb.
Məlumata görə, bu yay İran və Səudiyyə Ərəbistanı rusiyalı turistlər üçün cəlbedici məkana çevrilib.
Həmçinin rusiyalı turistlərin 2023-cü ilin yayında İrana səyahətə marağı təxminən 115%, Səudiyyə Ərəbistanına isə 123% artıb.
Xatırladaq ki, İrana turist səfərlərinin artmasına baxmyaraq, son dövrdə bu niyyətlə İrana səfər edən bir sıra insanlar casus adı ilə həbs edilib.


























