image-modern-az-09-04-2021-1617963742-1backend

Rüstəm Muradov Ermənistan hakimiyyətini İTTİHAM ETDİ: “Çirkin təxribat idi”

image-reklam_sirab_01

Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov Ermənistan hakimiyyətini təxribat törətməkdə təqsirləndirib.

Veteninfo.az xəbər verir ki, Ermənistanın “Hraparak.am” sayıtının əməkdaşı Yerevanda rusiyalı generala ötən gün Azərbaycanda saxlanılan erməni hərbi cinayətkarların nə üçün qaytarılmadığı barədə sual verib.

Jurnalist: “Nə üçün dünən Ermənistan rəsmiləri Azərbaycanla əsirlərin dəyişdiriləcəyi barədə açıqlama vermişdi?”

Rüstəm Muradov “bu çirkin təxribat idi. Onlardan soruşun. Onlar xalqı aldadır. Bu planlaşdırılmış, adi səfər idi”,-deyə general-leytenant Bakıya gedişi barədə söyləyib.

O, Bakıya səfəri zamanı erməni hərbçilərin azad olunmasının planlaşdırılmadığını əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki