image-58backend

Rza Deqati: “Ermənistan Azərbaycanın mədəniyyat abidələrini qəsdən məhv edib”

image-reklam_sirab_01

“Sülh və mədəniyyat, yəqin ki, hazırda ehtiyac duyduğumuz iki ən vacib sözdür. Onlar arasında əlaqəni və onların cəmiyyətlərə necə kömək edə biləcəyini tapmalıyıq. Həmişə demişəm ki, fotoşəkillər sülh quruculuğunda iştirak edə bilər”.

Vətəninfo.az  xəbər verir ki, bunu tanınmış fransız fotojurnalisti Rza Deqati ADA Universitetində keçirilən “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.

“Ötən il İkinci Qarabağ müharibəsi başladıqda mən bura gəldim, çünki həm birinci müharibənin yeganə şahidi, həm də Xocalı faciəsinin şahidi idim. İyirmi ildən çoxdur ki, müharibə fotolarını, Birinci Qarabağ müharibəsində və Xocalıda nələrin baş verdiyini dünyaya nümayiş etdirirəm”, – o bildirib.

Fotoqraf əlavə edib ki, İkinci Qarabağ müharibəsi zamanı dinc azərbaycanlı əhalinin raket hücumlarına məruz qalmasından şoka düşmüşdüm: “Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı kasset bombalarından istifadə edib. Ermənistan işğal edilmiş ərazilərdə Azərbaycanın mədəniyyat abidələrini qəsdən məhv edib. Bu, mədəniyyətin qəsdən məhv edilməsi, xalqın yaddaşının silinməsi cəhdi idi. Onlar Azərbaycan xalqına məxsus olan hər şeyi silməyə çalışırdılar”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki