image-reklam-veteninfo
image-1jpgbackend

Saatlıda Birinci Qarabağ müharibəsinin iki şəhidi ilə vida mərasimi keçirilir

image-reklam-veteninfo

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Səfiyyə Müləzim qızı Rəhimova və Müsaddin Sədri oğlu Rəhimovun nəşi Saatlı rayonuna gətirilib.

Vətəninfo.az-ın məlumatına görə, şəhidlərin nəşi Saatlı rayonunun Orta Muğan kəndində ailələrinə təhvil verilib.

Hazırda kənddə şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səfiyyə Müləzim qızı Rəhimova 1936-cı il iyunun 1-də, Müsaddin Sədri oğlu Rəhimov isə 1963-cü il iyunun 1-də anadan olub. Onlar 1993-cü il oktyabrın 23-də Füzuli rayonunun Horadiz qəsəbəsində itkin düşüblər.

S.Rəhimov və M.Rəhimov Orta Muğan kənd qəbiristanlığında dəfn olunacaq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki