image-iqorbackend

Sabiq prezident İqor Dodon həbs oluna bilər

image-reklam_sirab_01

Moldovanın keçmiş prezidenti İqor Dodon passiv korrupsiyada, qanunsuz varlanmada, habelə dövlətə xəyanətdə şübhəli bilinir.

Vətəninfo.az xəbər verir ki,bu barədə Moldova Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Marianna Kerpeek məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Moldova hüquq-mühafizə orqanları sabiq prezidentin evində axtarış aparmışdı. Məsələ burasındadır ki, 2020-ci ildə keçmiş deputat Yuri Renice o vaxtkı prezident İqor Dodonun Demokratlar Partiyasının lideri Vladimir Plaxotnyuk və onun müavini Sergey Yaralovla necə görüşdüyünü əks etdirən video yayımlayıb.

Videoda Dodon Plaxotnyukdan zərf alıb, orada keçmiş deputatın sözlərinə görə, külli miqdarda pul olub. Görüş 19-cu ildə, Plaxotnyuk Moldovanı tərk etməzdən əvvəl baş tutub. 2020-ci ildə hüquq-mühafizə orqanları və birinci instansiya məhkəməsi cinayət işinin başlanmasına ehtiyac olmadığını hesab etsə də, bu il mayın 17-də Kişinyov Apellyasiya Məhkəməsi birinci məhkəmənin qərarının dəyişdirilməsi və cinayət işinin başlanması barədə qərar qəbul edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki