image-1backend

Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb

image-reklam_sirab_01
Bu gündən www.sy.edu.az portalı vasitəsilə 2023–2024-cü tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılıb.

2024–2025-ci tədris ili üçün bir sıra ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış boş yerlərə şagird qəbulu üzrə müsabiqəyə qeydiyyat prosesi də başa çatıb.

2024–2025-ci tədris ili üçün bir sıra lisey və gimnaziyalara qəbul üzrə mərkəzləşdirilmiş imtahana qeydiyyat prosesi isə 13 iyun saat 15:00-a qədər davam edəcək.

Qeyd edək ki, növbəti tədris ili üçün şagirdlərin yerdəyişməsi üzrə elektron xidmətin aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki