image-img_1532backend

Samir Əskərov Prezidentdən kömək istədi: “Göyçayda müstəntiq qardaşımı 5000 min AZN müqabilində həbs etdirir”

image-reklam_sirab_01

Vətəninfo.az-ın redaksiyasına müraciət edən Göyçay rayon Çaxırlı kənd sakini Əskərov Samir bildirir ki, DİN-nin Göyçay RP şöbəsinin müstəntiqi Elçin Neymanov qardaşı Ramin Əskərovdan küllü miqdarda rüşvət tələb edir,bu pulu ala bilmədiyi üçün də qardaşına qarşı qanunsuz şəkildə CM-nin 127.2.3 maddəsi ilə cinayət işi qaldıraraq həbs etdirmək istəyir.

Samir Əskərov qeyd edir ki, qardaşı Ramin Əsgərov 10 noyabr 2023-cü ildə Göyçay rayonunda toyda olub, toydan çıxdıqdan sonra Göyçay rayon Çaxırlı kənd sakini Vidadi Əskərov içkili halda ona yaxınlaşaraq onu qaranlıq bir əraziyə çəkir: “Orda qardaşıma yumruqla bir neçə zərbə vurur. Zərbələrdən qardaşım yıxılır. Bundan istifadə edən Vidadi onun üzərinə atılır və yerdə də zərbələr endirir. Ramin bir təhər bunu özündən uzaqlaşdır. Qardaşım ondan aralanıb restoran yaxınlığına özünü çatdırır. Qohumlar onu o vəziyyətdə görüb təcili xəstaxana aparan zaman, Vidadi onlara yaxınlaşaraq öz əynindəki paltarları cırıb-tökməyə başlayır .Bundan sonra  başlayır qışqıra-qışqıra ki,səni şərləyib, pul da versən həbs etdirəcəm”.

Samir Əskərov qeyd edir ki, bu Vidadinin qardaşına qarşı ilk hərəkəti deyil və dəfələrlə Vidadi Əsgərov qardaşımı öldürmək və həbslə hədələyib.

Samir Əskərov bildirib ki, o baş verən bu qanunsuz hərəkət və müstəntiq Elçin Neymanovun rüşvətxorluğu, qardaşına qarşı ədalətsiz hərəkətin qarşısını almaq üçün ölkə Prezidenti Cənab İlham Əliyevdən kömək istəyir.

 

Samir Əskərov eyni zamanda qardaşı Ramin Əskərovun Baş Prokuror Kamran Əliyevin qəbulunda olduğunu da bildirib. Qeyd edib ki, Kamran Əliyev işin nəzarətə götürüləcəyini bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki