image-58backend

Səfir: “Azərbaycan və Rusiyanın nəqliyyat yollarının şaxələndirilməsi yeni imkanlar yaradır”

image-reklam_sirab_01

“Azərbaycan və Rusiyanın nəqliyyat yolları getdikcə daha da şaxələndirilir, bu isə birgə biznes üçün yeni imkanlar yaradır”.

Veteninfo.az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Rusiya şirkətlərinin infrastrukturunun inkişafı sahəsində “Ağıllı şəhər” biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu, il ərzində Rusiya şirkətlərinin Azərbaycana ikinci işgüzar missiyasıdır, iştirakçı şirkətlərin sayı isə getdikcə artmaqdadır.

Səfir bildirib ki, iki ölkə arasında münasibətlər iki ölkə prezidentlərinin müəyyən etdiyi yüksək səviyyəli siyasi və iqtisadi əlaqələrlə xarakterizə olunur: “Pandemiyanın təsirinə baxmayaraq, hər iki ölkə yaxşı iqtisadi göstəricilərə malikdir. Artıq mal dövriyyəsi pandemiyadan əvvəlki vəziyyətə çatıb”.

O vurğulayıb ki, mal dövriyyəsi əsasən qeyri-neft sektorunda həyata keçirilir və bu, yeni imkanlar yaradır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki