image-1backend

Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclası keçirildi

image-reklam_sirab_01

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahınının İdarələarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma məsələləri üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Prezident Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, İşçi Qrupun üzvləri iştirak etmişdir.

İclasda yaşayış məntəqələrində kənd təsərrüfatına yararlı torpaqların planlaşdırılması, işğaldan azad edilmiş ərazilərdə yanğın təhlükəsizliyi, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası üzrə 2024-cü ilin sonunadək əhalinin köçü nəzərdə tutulan yaşayış məntəqələrində görülən işlərin cari vəziyyəti, 2025-ci ilin köç qrafiki və digər məsələlər müzakirə edilmiş, müvafiq tapşırıqlar verilmişdir.

image-2 image-3


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki