image-640434e9a91d9backend

“Səhra bayrağı 2023” hərbi hava təlimi başladı

image-reklam_sirab_01

Səudiyyə Ərəbistanı, Asiya və Avropa ölkələrinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Səhra bayrağı 2023” hərbi hava təlimi başlayıb.

Vətəninfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin “twitter” hesabında Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri və dost ölkələrin iştirakı ilə BƏƏ-dəki Zufra hava bazasında təlimin başladığı bildirilib. Məlumata görə, hərbi təlim döyüş hazırlığının yüksəldilməsi və iştirakçı ölkələrin qüvvələri arasında hərbi təcrübənin bölüşdürülməsi məqsədi daşıyır.

BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, İspaniya, Hindistan və Fransa hərbi hava qüvvələrinin iştirak etdiyi təlim martın 17-dək davam edəcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki